Tanınmış meyxanaçının beyninə qan sızdı - 5 GÜN KOMADA

Tanınmış meyxanaçının beyninə qan sızdı - 5 GÜN KOMADA
16:09 5 Aprel 2017
187 Digər
Ölkə mətbuatı
A- A+

 

Meyxanaçı Kərimin bacısı oğlu Lent.az-a bildirib ki, o, martın 30-dan xəstəxanaya düşüb. Bir neçə gün komada olan meyxana ustası dünən ayılıb, ancaq bununla belə, hazırda reanimasiyada saxlanılır və vəziyyəti ağırdır. 

 

Meyxanaçının qohumu onu da bildirib ki, həkimlərin sözlərinə görə, Ağakərimin səhhətinin düzəlməsi bir müddət çəkəcək: "Sağalacaq, ancaq bu, çox uzun çəkəcək. Evə buraxılması barədə danışmaq çox tezdir".

**

16:03

Məşhur meyxanaçı Kərimin beyninə qəfil  qan sızıb.

 

Lent.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, meyxanaçı Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

 

"Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR