May ayının qeyri-iş günləri açıqlandı

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ''2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli 483 nömrəli qərarına əsasən may ayında qeyri-iş günlərinin sayı açıqlanıb.

Nazirlər Kabinetinin qərarına əsasən 28 may Respublika günü və Qələbə günü münasibətilə 4 gün qeyri-iş günü elan edilib.

Belə ki, 9 may Qələbə günü münasibəti ilə, 27, 28, 29-u Respublika günü münasibəti ilə rəsmi bayram günləri elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR