Sankt-Peterburqda növbəti dəfə terror həyəcanı

Rusiyanın Sankt-Peterburq şəhərində növbəti dəfə bomba həyəcanı yaşanıb.

Metbuat.az-ın məlumatına görə, naməlum şəxs polisə zəng edərək "Pioner" metro stansiyasına partlayıcı qurğunun yerləşdirildiyini deyib. Dərhal hərəkətə keçən asayiş keşikçiləri metronun giriş-çıxışlarını bağlayıb. Ərazidə axtarışlar aparılır.

Qeyd edək ki, "Pioner" stansiyası iki gün əvvəl terror aktı törədilmiş "Sennaya Ploşad" metro stansiyasıyla eyni xətt üzərində yerləşir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR