Metroda terror aktı zamanı ölən azərbaycanlının meyiti Bakıya gətirldi

Metroda terror aktı zamanı ölən azərbaycanlının meyiti Bakıya gətirldi
16:33 5 Aprel 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburq metrosundakı terror aktı zamanı ölən azərbaycanlı Dilbarə Əliyevanın meyiti Bakıya gətirlib və qohumlarına təhvil verilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan "Report"a verilən məlumata görə, dünən meyitin tanınması və sənədləşdirmə işləri yekunlaşıb və D.Əliyevanın cəsədi bu gün yerli vaxtla saat 11:00-da təyyarə ilə Bakıya göndərilib.

Xatırladaq ki, 20 yaşlı D.Əliyeva aprelin 3-də Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub. O, imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhum tarixi vətənində dəfn ediləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/193877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR