Kremldən bir cümləlik Əsəd AÇIQLAMASI

Kremldən bir cümləlik Əsəd AÇIQLAMASI
16:47 5 Aprel 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Jurnalistlərin "Rusiya İdlibdəki kimyəvi hücumdan sonra Əsədə dəstək verməyə davam edəcəkmi?" sualına Kremlin sözçüsü Dmitriy Peskov bir cümlə ilə cavab verib.  

Milli.Az Sputnik-ə istinadən xəbər verir ki, Peskov Bəşər Əsədlə bağlı ünvanlanan suala: "Rusiya və rus ordusu Suriya ordusu tərəfindən təşkil edilən terrorla mübarizə əməliyyatlarını dəstəkləməkdə davam edəcək" , - cavabını verib.

Qeyd edək ki, Suriya rejimi "Zarin" qazlı 36 avia-bombadan istifadə edərək aralarında onlarla uşağın da olduğu kütləvi qırğın törədib. Nəticədə çoxunun uşaq olduğu 100 nəfər ölüb, 500 nəfər yaralanıb.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR