Peterburqda həlak olan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Peterburqda həlak olan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR
16:47 5 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburq metrosunda partlayış zamanı həlak olan azərbaycanlı tələbə Dilbər Əliyevanın yaxınlarına Peterburq qubernatorunun məsləhətçisi, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov kömək edəcək.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, onun sözlərinə görə, artıq diaspora nümayəndələri aeroportda həlak olmuş tələbənin qohumlarını qarşılayıblar. O həmçinin bildirib ki, Azərbaycan diasporası faciədə həlak olmuş qızın qohumlarına maliyyə yardımı edəcək.

Azərbaycan diasporası sabah baş tutacaq terrora qarşı mitinqdə də iştirak edəcək.

Xatırladaq ki, hadisə aprelin 3-də saat 14.40-da "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut" stansiyaları arasında baş verib. Nəticədə 14 nəfər həlak olub, 80 nəfər xəsarət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/532368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR