İmişli sakini arvad-uşağını GİROV GÖTÜRDÜ - Güllə səsləri eşidildi

İmişli sakini arvad-uşağını GİROV GÖTÜRDÜ - Güllə səsləri eşidildi
16:47 5 Aprel 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli rayon sakini Abbasov Əli Vəli oğlu ailə münaqişəsi zəminində ailə üzvlərini girov götürüb.

Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, Ə.Abbasov ailə problemlərinin həlli üçün gəlmiş qayınatasına etiraz edib və onun avtomobilinə odlu silahdan atəş açıb.

Atəş nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Ə.Abbasov ailə üzvlərini iki saata yaxın evdə girov saxlayıb. Hadisə gecə saatlarında olub.

Hadisə yerinə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Polisin müdaxiləsindən sonra Ə.Abbasov təslim olub.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR