Zakir Həsənov Səudiyyə Kralı ilə görüşüb - FOTO

Zakir Həsənov Səudiyyə Kralı ilə görüşüb - FOTO
16:49 5 Aprel 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Aprelin 5-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüş zamanı tərəflər ölkələrimiz arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətlərini, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Görüşdə həmçinin Səudiyyə Ərəbistanının Dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, Mədəniyyət və İnformasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rasim Rzayev də iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR