Quraqlıq və epidemiya 400 nəfərin həyatına son qoydu

Somalidə quraqlıq və kolera epidemiyası səbəbindən son iki ayda 400 nəfər həyatını itirib.

Metbuat.az bildirir ki, Somali Səhiyyə Nazirliyindən verilən məlumatda ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu qeyd olunub. Epidemiya səbəbindən 18 min nəfər xəstəxanalara yerləşdirilib. Xəstəliyin ən çox Bay, Bakol, Orta Şabelle bölgələrində yayıldığı deyilir.

Beynəlxalq təşkilatlar Somalyə yardım fəaliyyətini davam etdirirlər. BMT-nin hesabatında ölkədə 1945-ci ildən bu yana ən ciddi quraqlığın yaşandığı vurğulanıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR