Regionun siyasi xəritəsi dəyişir

Türkiyədə təhlükəli oyunlar yeni mərhələyə keçib. Beləki, Türkiyə və ABŞ yeni kürd dövlətinin elan olunması üçün sanki razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, bir neçə gün əvvəl İraqın Kərkük Əyalət Şurası bölgədəki dövlət idarələrində İraq bayrağı ilə yanaşı kürd muxtariyyətinin bayrağının dalğalanması haqqında birtərəfli qərar qəbul etdi. Amma qərarın təşəbbüskarlarının sevinci cəmi bir neçə gün çəkdi. İraq parlamenti Kərkük Əlayət Şurasının qərarını ləğv etdi. Bütün idarələrdə yalnız İraqın dövlət bayrağının dalğalanmasına qərar verdi. Parlamentin bu qərarından sora Kərküklə bağlı gərginliyin dərinləşəcəyi gözlənilir. Aydındır ki, məqsəd Kərkükü kürd muxtariyyətinin tərkibinə qatmaqdır və bu İraq və Suriyanın ərazisindəki bəzi bölgələri əhatə edən böyük Kürdüstan dövlətinin yaradılması üçün qurulan planın yalnız bir hissəsidir.

Daha ətraflı "Həftə Sonu"nun məsələ ilə bağlı hazırladığı sujetdən biləcəksiniz:

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR