"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir

"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir
16:57 5 Aprel 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Yayım Birliyi (AYB) sözün həqiqi mənasında Ukraynanı cəzalandırmaq niyyətindədir. Buna səbəb isə "Eurovision 2017" yarışmasında Ukraynanın Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəsinə girişinə qadağa qoymasıdır. AYB-nin baş katibi İnqrid Deltenre yarışmanı Kiyevdən alıb Berlinə vermək niyyətindədir.

Mili.Az istipress-ə istinadən xəbər verir ki, Ukrayna rəsmiləri ilə danışan Deltenre kifayət qədər ciddi söhbət edib:

"Biz düşünürük ki, Ukrayna "Eurovision" qaydalarına riayət edəcək. Hansısa iştirakçını yarışmadan kənarlaşdırmaq və ya ona icazə verməmək - bu qayda pozuntusudur! Əvvəla, Yuliya Krıma səfər etdiyi dövrdə "Eurovision" yarışmasının təmsilçisi olmayıb. İkincisi də, əgər Ukrayna ona qadağa qoyursa, bunu yarışmadan sonra etsin".

Bundan başqa, AYB-nin baş katibi daha ciddi bəyanatla çıxış edib. O, Ukraynanın səhvən qalib gəldiyini bildirib. Və "Eurovision"un Kiyevdə keçirilməsinin yalnışlıq olmasını əlavə edib. 

Deltenre Ukraynaya xəbərdarlıq da edib. O, bildirib ki, Rusiya təmsilçisinin Ukraynaya buraxılmasına icazə verilməsə, yarışma Ukraynanın əlindən alınıb Almaniyaya veriləcək. Bunun üçün artıq bütün rezervasiya işləri də görülüb.

Bu hadisə baş versə, AYB ilə Ukrayna arasında bütün müqavilələr ləğv ediləcək. Onlar nəinki mahnı yarışmasından məhrum olunacaqlar, həmçinin "Fifa World Cup"ın bir başa yayımı da onların əlindən alınacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR