Sevil və Sevinc həbs olunacaq?

Xəbər verdiyimiz kimi, "Xəzər" telekanalının aparıcıları Sevil və Sevinc Səfərovalar avtomobil qəzası törədib.

Metbuat.az xəbər verir ki, hadisə zamanı yolu keçən 87 yaşlı Zöhrab Ağayev ağır kəllə-beyin travması alıb. Zərərçəkənin dünyasını dəyişməsi nəticəsində əkiz bacıların həbs olunma ehtimalı var. Məsələ ilə bağlı müğənnilərlə əlaqə saxlamaq istəsək də, onlara zəng çatmayıb. Daha sonra bacıların köməkçisi Yeganə Babayeva ilə əlaqə saxladıq. Yeganə Babayeva isə məsələ haqda heç bir açıqlama vermək istəmədiyini vurğulayıb:

“Bu haqda danışmaq istəmirik. Zərərçəkən xəstəxanadadır. Həbs olunma məsələsinə münasibət bildirmirik. Sadəcə birazdan bütün bunlar haqda ətraflı açıqlama veriləcək”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR