"Brexit” bu problemin həllini çətinləşdirəcək - XƏBƏRDARLIQ

"Brexit” bu problemin həllini çətinləşdirəcək - XƏBƏRDARLIQ
17:03 5 Aprel 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Avropa İttifaqından çıxışı Şimali İrlandiya və İrlandiya Respublikası arasında sərhədin gələcək statusu probleminin həllini çətinləşdirəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Brexit” üzrə danışıqlarda Avropa Parlamentinin koordinatoru, Belçikanın sabiq baş naziri Qi Verxofstadt Strasburqda mətbuat konfransında deyib.

“Bu çox çətin və yüksək prioritetli məsələ olacaq”, - o, bildirib.

Qeyd edək ki, Avropa Parlamenti bu gün Strasburqda plenar sessiyada qətnamə qəbul edib. Qətnamədə “Brexit” üzrə danışıqlarda Avropa İttifaqının qarşısına qoyulan tələblər əksini tapıb. Parlament üzvlərinin fikrincə, Avropa İttifaqı və Böyük Britaniya arasında danışıqların gedişindən asılı olmayaraq, Şimali İrlandiyada sülh nizamlanması prosesi davam etməlidir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey martın 29-da “Brexit”in başlanması haqqında rəsmi xəbərdarlıq hesab olunan məktubu Britaniyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Tim Barrounun vasitəsilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska çatdırıb. Britaniya və Avropa İttifaqı vətəndaşlarının hüquqlarının qarşılıqlı tanınması və bazarlara giriş məsələləri qarşıdakı danışıqlarda əsas mövzular olacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR