Messi müqavilə imzalayır: Maaşı nə qədər olacaq?

Messi müqavilə imzalayır:   Maaşı nə qədər olacaq?
17:07 5 Aprel 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

Lionel Messi "Barselona" ilə yeni müqavilə imzalamağa razılıq verib. Fanat.Az xəbər verir ki, bu barədə kluba yaxın "Sport" qəzeti məlumat yayıb.


Məlumatda bildirilir ki, Messinin atası gələn ay Barselonaya gələcək və klub rəhbərliyi ilə müqavilənin detallarını müzakirə edəcək. Bundan sonra anlaşma imzalanacaq.


"Sport" yaxır ki, tərəflər müqavilənin əksər detallarında ortaq məxrəcə gəlib. Messinin yeni müqaviləsinin müddəti 5 il olacaq. 29 yaşlı forvard ildə 35 milyon avro maaş alacaq. Onun hazırda maaşı 24 milyon avrodu. Klub rəhbərliyi yeni müqavilədə Messi üçün 250 milyon avro transfer haqqı qeyd etməyi düşünür.


Messi yeni anlaşmanı imzalayandan sonra dünyanın ən çox maaş alan ikinci futbolçus olacaq. O, yalnız həmyerlisi Karlos Tevezdən geri qalacaq.


Hazırda dünyanın ən çox maaş alan 10 futbolçusunun siyahısı belədi: 


1. Karlos Tevez (Şanxay Şenhua, Çin) - 38 milyon avro

2. Oskar (Şanxay SIPG, Çin) - 24.5 milyon avro

3. Lionel Messi (Barselona, İspaniya) - 24 milyon avro

4. Kriştiano Ronaldo (Real, İspaniya) - 24 milyon avro

5. Qaret Beyl (Real, İspaniya) - 22 milyon avro

6. Halk (Şanxay SIPG, Çin) - 19 milyon avro

7. Paul Poqba (Mançester Yunayted, İngiltərə) - 17 milyon avro

8. Neymar (Barselona, İspaniya) - 17 milyon avro

9. Qraziano Pelle (Şandonq Lunenq, Çin) - 15 milyon avro

10. Ueyn Runi (Mançester Yunayted, İngiltərə) - 15 milyon avro


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-messi-muqavil-imzalayr-t57362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR