Murat Dalkılıça ŞOK - Rus qıza yazılan intim məzmunlu mesajlar üzə çıxdı - FOTO

Murat Dalkılıça ŞOK - Rus qıza yazılan intim məzmunlu mesajlar üzə çıxdı - FOTO
17:12 5 Aprel 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyəli rəqqas Ömer Yeşilbaş ilə intim məzmunlu yazışdığı iddia edilən rus müğənni Taşa ilk dəfə bu haqda danışıb.

Milli.Az xatırladır ki, bu yaxınlarda Murat Dalkılıçın baş rəqqası Ömər Yeşilbaşın Rusiyada müğənnilik edən Taşa ilə cinsi məzmunlu mesajlaşdığı iddia edilmişdi. Sözcü-nün ortaya çıxardığı yazışmalardan sonra, Yeşilbaş hesabın saxta olduğunu iddia etmişdi, məşhur pop ifaçı Dalkılıç isə baş rəqqası ilə olan iş birliyinin bitdiyini açıqlamışdı.

Taşa mövzuyla əlaqədar kameralar önünə keçib. Mesajların doğru olduğunu deyən müğənni müxbirlərin suallarını cavablandırıb.

Taşa: "Olanlar qarşısında şok oldum. Ömərlə əlaqə saxlamağımız 1,5 il olar, ancaq bu intim məzmunlu mesajlaşma yeni olub. Əvvəl hər şey çox yaxşı gedirdi, çox yaxşı danışırdıq".
 
Müxbir: "Ömər bəy hesabın saxta olduğunu söylədi".
 
Taşa: "Xeyr, hər şey doğrudur. Onun telefon nömrəsini aldım və biz uzun müddət danışdıq. İndi durub hesabın saxta olduğunu deyir".
 
Müxbir: "Murat Dalkılıçla tanışsınız?"
 
Taşa: "Gördüm, ancaq şəxsən tanış olmaq fürsətim olmadı".
 
Müxbir: "Bu xəbərlərdən sonra, özü və ya Murat bəyin meneceri sizi axtardımı?"
 
Taşa: "O tərəfdən axtaran olmadı, ancaq Türkiyədən çoxlu insanlardan haqlı olduğuma dair dəstək mesajları aldım".
 
Rus müğənni bu şərhlərindən sonra Ömər Yeşilbaş ilə etdiyi yazışmaları müxbirlərə göstərib. Və haqlı olduğunu iddia edib.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR