BTC ilə 2 milyon tondan çox Azərbaycan nefti nəql olunub

2017-ci ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 079 910 ton Azərbaycan nefti nəql olunub.

Metbuat.az SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-mart aylarında bu kəmərlə 6 481 809 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il aprelin 1-dək BTC-yə 328 019 871 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin mart ayında BTC kəməri ilə 17 471 ton Türkmənistan nefti nəql olunub.

Həmçinin, 2017-ci ilin mart ayı ərzində 1 731 455 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 094 695 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 863 177 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il aprelın 1-dək Ceyhan limanından 325 697 776 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR