ƏDV-ni qaytaracaq banklar müəyyənləşdi - SİYAHI

ƏDV-ni qaytaracaq banklar müəyyənləşdi - SİYAHI
18:05 5 Aprel 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasında kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev APA-ya bildirib ki, görüş aprel ayının 10-dan etibarən Bakıda keçiriləcək "Bakı Ticarət Festivalı" ("Baku Shopping Festival") çərçivəsində banklar tərəfindən göstərilən xidmətlərin müzakirəsinə həsr olunub.
 
"Festival çərçivəsində ölkəyə xeyli sayda turistin gəlməsi gözlənilir. Bu dövr ərzində yalnız xarici vətəndaşlar deyil, Azərbaycan vətəndaşlarının da apardığı ticari əməliyyatlara görə əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması ("tax free") təmin ediləcək.
 
Palatada keçirilən görüşdə festivalın keçirildiyi müddət ərzində bank xidmətlərinin və valyutadəyişmə əməliyyatlarının fasiləsiz təşkili müzakirə edilib. Bu xidmətlər qeyri-iş günləri də təşkil olunacaq. Artıq ƏDV-nin qaytarılması üçün müvəkkil banklar seçilib.
 
Bunlar "PAŞA Bank", "Bank Silk Way", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank" və "Yapı Kredi Bank Azərbaycan"dır.
 
Vətəndaşlar bu beş bankın baş ofis və filialları vasitəsilə ƏDV-ni geri ala biləcəklər.
 
Digər xidmətlər isə həm bu banklar, həm də başqa bankların şöbə və filialları tərəfindən qeyri-iş günləri də daxil olmaqla hər gün həyata keçiriləcək", - deyə o bildirib.
 
Bakıda Ticarət Festivalı 10 aprel-10 may tarixində keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR