“Onun üçün özümü qurban verdim”

Müğənni Vasif Məhərrəmli yeni klipini təqdim edib.

Metbuat.az xəbər verir ki, müğənni "Əsli Kərəm" adlanan yeni mahnısına çəkdirdiyi klipinin ekran işini rejissor Ceyhun Kərimliyə həvalə edib. Çəkilişlər Bakıda dəniz kənarında, Botanika bağında və bir otaqda çəkilib.

“Çoxdandır ki, yeni klip çəkdirmək istəyirdim. Görüntülər sizə adi görsənməsin. Çox soyuq və küləkli havada lentə alınıb. Hava elə soyuq idi ki, mən 5 dəqiqə belə dözmədim. Ümumiyyətlə, sənət qurban tələb edir. Mən də özümü bu sənətə qurban verirəm, fədakarlıq edirəm”

Müğənninin yeni klipini təqdim edirik.

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR