Azərbaycan və Türkiyənin turizm agentlikləri Bakıda görüşdü - FOTO

Azərbaycan və Türkiyənin turizm agentlikləri Bakıda görüşdü - FOTO
18:22 5 Aprel 2017
Ölkə mətbuatı
A- A+

5 aprel 2017-ci il, Bakı - aprelin 5-də Four Seasons Baku otelində keçirilən "SUMMER TOUR Workshop" forumu çərçivəsində Azərbaycanın turizm agentliklərinin nümayəndələri ilə Türkiyənin məşhur kurort məkanları Antalya, İzmir, Bodrum, Dalaman, həmçinin İstanbulda yerləşən otellərin nümayəndələri arasında rəsmi görüşlər keçirilmişdir. Həmin otellər sırasına Hilton, Rixos, Titanic Hotels, Conrad və digər aparıcı otellər şəbəkələri daxildir.

Silk Way Travel şirkətinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, forumun əsas məqsədi Azərbaycanın turizm sənayesinin nümayəndələrinin Türkiyə kurortlarının müasir otellərinin xidmətləri ilə tanışlıqdan, habelə iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin daha da inkişaf etdirilməsindən ibarət idi.

Ümumilikdə tədbirdə Azərbaycandan 400-dən artıq və Türkiyədən 60-dan artıq nümayəndə iştirak etmişdir.

Forumun yekunlarına əsasən lotereya oynanılmış və iştirakçılar ödənişsiz gecələmə kuponları qazanmışlar.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/532407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR