Paytaxtda qadın meyiti tapıldı

Paytaxtda qadın meyiti tapıldı
18:27 5 Aprel 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda mənzillərdən birində 63 yaşlı qadının meyiti tapılıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1954-cü il təvəllüdlü Novikova Nina Aleksandrovnanın meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 16:41-də başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR