Fransa aprel döyüşləri ilə bağlı BƏYANAT YAYDI

Fransa aprel döyüşləri ilə bağlı BƏYANAT YAYDI
18:33 5 Aprel 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

“Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağla bağlı hazırkı status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur”.

Publika.az xəbər verir ki, bu sözlər Fransanın ATƏT yanındakı daimi nümayəndəliyinin ötən il aprelin 2-dən 5-nə kimi münaqişə zonasında baş verən hərbi əməliyyatların dayandırılmasının 1 illiyi ilə bağlı bəyanatında yer alıb.

Bəyantada bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa digər həmsədr ölkələr olan Rusiya və ABŞ-la birlikdə atəşkəsin yenidən bərpası və Azərbaycanla Ermənistan arasında danışıqların bərpası üçün çalışıb: “Fransa tərəfləri ötən il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda yüksək səviyyədə götürülmüş öhdəlikləri, xüsusilə atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin gücləndirilməsi və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırır. Fransa prezidentinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə Parisdə keçirdiyi son görüşlərində də dediyi kimi, Fransa bütün regionun rifahı və stabilliyi naminə münaqişənin danışıqlar yolu ilə davamlı həllinə sadiqdir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/193892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR