Türkiyə acı xəbəri verdi - Yaralılardan 3-ü öldü

Türkiyə acı xəbəri verdi - Yaralılardan 3-ü öldü
18:37 5 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya rejiminin "Zarin" qazlı 36 avia-bombadan istifadə edərək (aralarında onlarla uşaq da var) kütləvi qırğın törətməsi nəticəsində ölənlərin sayının 100-ə çatdığını, yaralıların isə 500-dən çox olduğu haqda məlumat vermişdik.

Türkiyənin sərhədindən 30 kilometr uzaqlıqda yerləşən İdlibə Hataydan təcili tibbi yardım maşınları vasitəsilə onlarla yaralı Türkiyədəki xəstəxanalara yerləşdirilmişdi.

Türkiyə Səhiyyə nazirliyi xəstəxanalara yerləşdirilən yaralılar barədə acı bir məlumat yayıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, Türkiyəyə gətirilən 29 yaralıdan üçü dünyasını dəyişib.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR