Millimizin üzvünün maaşı açıqlandı - Ayda 25 min qazanacaq

Millimizin üzvünün maaşı açıqlandı -  Ayda 25 min qazanacaq
18:42 5 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyanın "Feyenoord" klubundan Türkiyənin "Bursaspor" klubuna transfer olunan Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün aylıq maaşı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, növbəti mövsüm üçün "ağ-yaşıllar"ın heyətinə qoşulacaq gənc oyunçu ayda 25 min türk lirəsi (11 667 manat) qazanacaq. 

Bu barədə məlumatı "timsahlar"ın prezidenti Ali Ay verib: "Biz bu futbolçu üçün "Feyenoord"a ödəniş etməyəcəyik. Çünki Hollandiya klubu ilə məsələləri yoluna onun atası qoyub. Sadəcə Köcüyə aylıq 25 min türk lirəsi maaş verəcəyik. Həm də bnonuslar qazanacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR