"Özünü mənim səviyyəmə qaldırır" - Firuzə İbadova

"Özünü mənim səviyyəmə qaldırır" - Firuzə İbadova
19:37 5 Aprel 2017
362 Şou
Ölkə mətbuatı
A- A+

"Artıq özümə deyirəm ki, Firuzə qınından çıx, dəyiş. Məni bu sənətdən küsdürən səbəblər çoxdur".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Firuzə İbadova "10-dan sonra" verilişində deyib.

Müğənni efirdə fonoqramla oxuyan həmkarlarını tənqid edib:

"Canlı oxuyun da, o boyda səsiniz var. Elə xalq artisti var ki, xalq mahnılarımızı bilmir. Müğənninin səsi səhər də, günorta da, axşam da işləyir. Bunu bəhanə edirlər. Ürək varsa, səs də var. Səsim işləmirsə, gedib evdə oturmalıyam. Bunu əməkdar və xalq artistlərimizə deyirəm. Gənclərə deyə bilmərəm, yoxsa məni paxıllıqda günahlandırarlar. Mən sənətə pul üçün gəlməmişdim. Açıq-saçıqlığın tərəfdarı deyiləm. Müğənni ancaq səsini nümayiş etdirməlidir. Məni küsdürən, incidən səbəblər çoxdur. Çox vaxt verilişə dəvətləri qəbul etmirəm. Gedəcəm, burada sənətə hörmət etməyən gənc müğənni oturacaq, məni öz səviyyəsinə salacaq, özünü mənim səviyyəmə qaldıracaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR