"Susdum, susdum, amma indi açıqlayıram..." - Ərdoğan

"Susdum, susdum, amma indi açıqlayıram..." - Ərdoğan
19:42 5 Aprel 2017
178 Dünya
Ölkə mətbuatı
A- A+

Bursada təşkil edilən kütləvi açılış mərasimində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kılıçdaroğlunun "gizli zərbə" iddialarına sərt cavab verib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Ərdoğan Kılıçdaroğlunun iddialarına belə cavab verib:

"Kılıçdaroğlu 15 iyula "gizli zərbə" deyir. Kılıçdaroğlu, susdum, susdum, susdum. Amma indi açıqlayacağam. Gecə 01.30-a kimi Marmarisdən Yeşilköyə gəldim. Ora gələndə baxdım ki, xalqım bizi orada gözləyir. Çağırışıma "hay verib" meydanlara axışıblar. Artıq xitab etdik, oturduq vəziyyət qiymətləndirməsi apardıq. Birdə öyrəndim ki, saat 11.30-da Kılıçdaroğlu hava limanına gəlib. Lakin sonra itib. Daha sonra öyrəndik ki, Bakırköy bələdiyyə başçısının evinə gedib. Sən bir zamanlar deyirdin ki, "bu ölkədə çevriliş olsa tankın üstünə ilk mən çıxaram. Hanı, nə oldu? Niyə qaçıb getdin? Demək ki, bunlarda söz boldur".

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR