“Meydanda sadəcə bir komanda oynayırdı” - Zaur Svanadze

“Meydanda sadəcə bir komanda oynayırdı” -   Zaur Svanadze
19:57 5 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

“Təəssüf ki, final istəyimizi reallaşdıra bilmədik”. Bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında səfərdə “Qəbələ” ilə üz-üzə gələn paytaxt təmsilçisi 0:2 hesablı məğlubiyyətə üzülüb.

 

Matç başa çatdıqdan sonra fikirlərini açıqlayan gürcü çalışdırıcı məğlubiyyəti dəyərləndirib: “Oyun haqqında onu demək istəyirəm ki, “Qəbələ” istəkli idi. Bizim də ilk hissədə imkanlarımız oldu, ilk 15 dəqiqədə səhv etmirəmsə, 2-3 real vəziyyət əldə etdik. Ancaq sən istafadə edə bilməsən, sənə vuracaqlar. Qolları buraxdıqdan sonra demək olar ki, meydanda sadəcə bir komanda oynayırdı. Hər iki cinah müdafiəçimiz oyunun gedişində yorulduqları üçün əvəzlənmək istədilər. Hər matçda onların üzərinə çox təzyiq düşür. Uşaqlar yorulurlar. Qarşıda 3-4 günümüz var. İstirahət edəcəyik və növbəti oyunlar haqqında düşünəcəyik”. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-meydanda-sadc-bir-komanda-oynayrd-t57372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR