5500-dən çox şəxs Azərbaycandan çıxarıldı

5500-dən çox şəxs Azərbaycandan çıxarıldı
20:05 5 Aprel 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanda ölkədə yaşama və olma qaydalarını pozan 26.435 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkar edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, o cümlədən 5.523 nəfər ölkə hüdudlarından kənara çıxarılıb.

Əcnəbilərin əmək istismarına cəlb olunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla məcburi əmək faktı aşkar edilməyib. Lakin əmək qanunvericiliyinin tələblərinin pozulması halları movcud olub ki, bununla bağlı müvafiq xətaları törətmiş şəxslər barəsində inzibati tənbehlər tətbiq olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR