Qaldıqları 31-ci mərtəbəyə avtomobilləri ilə çıxacaqlar - FOTO

Qaldıqları 31-ci mərtəbəyə avtomobilləri ilə çıxacaqlar - FOTO
20:42 5 Aprel 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur Erdinç-Hande Acar cütlüyü Mayamidə ev alıb. Ancaq bu ev çox özəl xüsusiyyətə malikdir.

"Miami Sunny Isles Beach"də  60 mərtəbəli "Porsche Design Tower"in 31-ci mərtəbəsində 540 kvadrat metrlik bir mənzil alan cütlük evlərinə avtomobilləri ilə çıxacaq.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, idman avtomobillərindən çox uzaqda yatmaq istəməyən milyonerlər bu istəklərini hündür göydələndə reallaşdıra biləcəklər.

"Porsche Design Tower"daki hər mənzilin "səma qarajı" var və avtomobilləri xüsusi liftlər vasitəsilə mərtəbələrə çıxara bilirlər.

Evlərin qiyməti isə 4 milyon ilə 32 milyon dollar arasında dəyişir.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR