Yaratdığı qadın robotdan o qədər xoşu gəldi ki, axırda evləndi - FOTO

Yaratdığı qadın robotdan o qədər xoşu gəldi ki, axırda evləndi - FOTO
20:47 5 Aprel 2017
453 Dünya
Ölkə mətbuatı
A- A+

Süni zəka üzrə mütəxəssis və robot hazırlayan 31 yaşlı çinli Zheng Jiajia 2016-cı ilin sonunda qadın robotu yaratmışdı.

Milli.Az technote.az-a istinadən xəbər verir ki, yaratdığı qadın robota o, Yingying adını vermişdi. Lakin sonradan robot 31 yaşlı çinlinin o qədər xoşuna gəldi ki, nəticədə o, robotla ailə həyatı qurmağa qərar verdi. Qeyd etmək lazımdır ki, Yingying adlı qadın robot bəzi çin heroqliflərini, fotoları tanıya və hətta bəzi sözləri də tələffüz edə bilir. Zhengin dostlarının və ailə üzvlərinin iştirak etdikləri toy mərasimi 31 mart tarixində keçirilib. Toy mərasimində qadın robot qara paltar geyinmiş və başı qırmızı şarf ilə örtülmüşdü. Bu cür geyim Çin adət-ənənəsinə uyğundur. Təəssüflər olsun ki, qadın robot tərəfdən toy mərasimində heç kim iştirak etməyib. Zhengin dostu bu barədə jurnalistlərə müsahibə verən zaman qeyd edib ki, Zheng uzun müddət özünə həyat yoldaşı tapa bilmədiyi üçün depressiyada idi. Zhengin planlarına gəldikdə isə o, robotu təkmilləşdirməyi düşünür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR