Moskvadan Əsəd üçün növbəti VETO - VİDEO

Moskvadan Əsəd üçün növbəti VETO - VİDEO
20:48 5 Aprel 2017
152 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyanın İdlib vilayətində rejim qüvvələrinin kimyəvi silahdan istifadə etdiyinə dair qətnaməyə veto qoyacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, qətnamə layihəsinin Moskva üçün qəbuledilməz olduğunu və həqiqəti əks etdirmədiyini söyləyib.

“Təəssüf ki, ABŞ, Fransa və İngiltərə tamamilə həqiqətə uyğun olmayan məlumatlara istinad edərək Suriya əleyhinə bir qətnamə layihəsi təqdim edəcək. Layihə Suriyada gərginliyi artıracaq. Moskva layihənin indiki mərhələdə qəbul edilməsinin əleyhinədir”, - Zaxarova deyib.

Qeyd edək ki, Suriya Hərbi Hava Qüvvələrinin dünən İdlib vilayətində həyata keçirdiyi kimyəvi hücum nəticəsində 100-ə yaxın insan ölüb, 500-dən çoxu zəhərlənib.

Ömər



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR