Peterburq terrorçusunun şəxsiyyəti təsdiqləndi -

DNT ekspertizası Sankt-Peterburq metrosunda baş verən terror aktı zamanı partlayıcı qurğunu aktivləşdirməkdə təqsirləndirilən Akbarjon Cəlilovun şəxsiyyətini təsdiqləyib.

Metbuat.az-ın məlumatına görə, terrorçunun valideynlərinin köməkliyi ilə keçirilən tanıma prosedurunun nəticələri də eyni olub. Hazırda müstəntiqlər Akbarjon Cəlilovun kimlərlə əlaqələri olduğunu araşdırırlar.

Aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən terror aktı nəticəsində 14 nəfər dünyasını dəyişmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR