DNT ekspertizası Peterburq terrorçusunun şəxsiyyətini müəyyənləşdirdi

DNT ekspertizası Peterburq terrorçusunun şəxsiyyətini müəyyənləşdirdi
20:52 5 Aprel 2017
150 Dünya
Ölkə mətbuatı
A- A+

DNT ekspertizası Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyətini müəyyənləşdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
 
Onun sözlərinə görə, yaxın müddət ərzində A.Cəlilovun valideynlərinin iştirakı ilə tanınma proseduru keçiriləcək. Hazırda istintaq Sankt-Peterburqda metroda partlayıcı qurğunu işə salan terrorçunun əlaqələrini araşdırır.
 
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb.

 Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR