İsveçdə "Uğursuzluqlar muzeyi" açılacaq

İsveçdə "Uğursuzluqlar muzeyi" açılacaq
20:57 5 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İsveçin Helsinqborq şəhərində "Uğursuzluqlar muzeyi" açılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, iyunun 7-i işə düşəcək muzeydə müxtəlif şirkətlərin istehlakçılar arasında populyarlıq qazanmayan məhsulları nümayiş etdiriləcək.

Eksponatlardan biri "Twitter Peek" qadceti olacaq. Bu avadanlıq "Twitter" mikrobloqlarını daha rahat oxumaq üçün yaradılsa da, smartfonlarla rəqabətə tab gətirə bilməyib.

"BIG" qələm istehsalı şirkətinin qadınlar üçün xüsusi olaraq istehsal etdiyi qələmlər də uğursuz əşyalar arasında yer alıb.

Bundan başqa, muzeydə "Harley Davidson"un istehlakçıların marağına səbəb olmamış ətirləri də sərgilənəcək.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/532451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR