Peterburq terrorçusunun şəxsiyyəti müəyyənləşdi

Peterburq terrorçusunun şəxsiyyəti müəyyənləşdi
20:58 5 Aprel 2017
283 Dünya
Ölkə mətbuatı
A- A+

DNT ekspertizası Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyətini müəyyənləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, yaxın müddət ərzində A.Cəlilovun valideynlərinin iştirakı ilə tanınma proseduru keçiriləcək. Hazırda istintaq Sankt-Peterburqda metroda partlayıcı qurğunu işə salan terrorçunun əlaqələrini araşdırır.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR