Azərbaycan şou-biznesinin zövqsüz müğənniləri AÇIQLANDI - VİDEO

Azərbaycan şou-biznesinin zövqsüz müğənniləri AÇIQLANDI - VİDEO
21:19 5 Aprel 2017
920 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanlı stilist Samiraldo Azərbaycan şou-biznesinin zövqsüz geyinən xanım sənətçilərinin adını açıqlayıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan imic ustası belə deyib: “Zövqsüzlər çoxdur. İndi mən onların adını çəkim, onlar da gündəmə gəlsinlər? O gün məclislərin birində idim, gördüm ki, aşıq Telli Borçalı mənə sifət eləyir, əli ilə mənə “kül başına” elədi. Maraqlandım ki, bu nə məsələdir? Dedi ki, Samiraldo hər yerdə məni tənqid edir. Əgər Samiraldo Telli Borçalını hiss edirsə, o, dünyanın xoşbəxti olmalıdır. Bu nə saç, bu nə geyimdir?!".

 

Stilist bildirib ki, müğənni Şəbnəm Tovuzlu da zövqsüzlər sırasındadır: “O qadın qəşəng oxuya bilər. Amma mən fikirləşirəm ki, səhnədə səhnə geyimi geyinməlisən”.

 

İmic ustası onu da qeyd edib ki, xalq artisti Aygün Kazımova da yaxşı geyinmir: “Aygün Kazımovada isə köklüyü ilə bağlı kompleks var. Depressiyadadır, istədiyi geyimləri geyinə bilmir”.

 

Samiraldo şou-biznesin zövqlü geyinən müğənnilərinin adlarını da açıqlayıb: “Günay İbrahimli, Röya Ayxan , Natavan Həbibi, Brilliant Dadaşova”. 

 

Qeyd edək ki, Yalçın Uğurun aparıcılıq etdiyi “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV” –də yayımlanır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR