Peterburqdakı terror aktından sonra 55 nəfər xəstəxanalarda müalicə alır

Peterburqdakı terror aktından sonra 55 nəfər xəstəxanalarda müalicə alır
21:32 5 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Peterburqdakı terror aktından sonra 55 nəfər hələ də xəstəxanalarda qalmaqdadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Oleq Salaqay bildirib.

"Hazırda Sankt-Peterburq şəhərinin tibb müəssisələrində 55 nəfər müalicə almaqda davam edir. Onlardan 6-nın vəziyyəti ağır, daha 3-ün isə çox ağır kimi qiymətləndirilir", deyə O.Salaqay qeyd edib.
 
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR