"Qəbələ"nin finaldakı rəqibi "Qarabağ" oldu

Azərbaycan kubokunda ikinci finalçının kimliyinə aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Neftçi"ni qəbul edib. 90 dəqiqə ərzində qapılara yol tapmaq mümkün olmayıb. Qolsuz bərabərliyə baxmayaraq, ilk oyunda 2:0 hesabı ilə qalib gələn "Qarabağ" finala çıxıb.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunu
5 aprel

“Qarabağ” – “Neftçi” - 0:0

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 2:0

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 71. Vüqar Nadirov
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 33. Boban Baykoviç, 8. Zdenek Folprext, 11. İqnasio Errera Fernandes, 12. Daniel Seqovia, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jairo Rodriges, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 22. Mahir Şükürov, 80. Edson Kastilya
Baş məşqçi: Elxan Abdullayev

"Qarabağ" Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR