Azərbaycan Kubokunun finalında ilk

Azərbaycan Kubokunun finalında ilk
21:47 5 Aprel 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Neftçi"ni üstələyən "Qarabağ" və "İnter"i mübarizədən kənarlaşdıran "Qəbələ" adını finala yazdırıb.


Bununla da komandalar ilk dəf Azərbaycan Kubokunun finalında qarşılaşmaq imkanı qazanıb. Bundan əvvəl onların yolu finalda kəsişməyib.


"Qarabağ" tarixində 9-cu dəfə finala yüksəlib. 1993, 2006, 2009, 2015 və 2016-cı illərdə 5 dəfə kuboku qazanan ağdamlılar 1996, 1998 və 2000-ci illərdə ikinciliklə kifayətlənib. Sonuncu dəfə 2000-ci ildə çıxdığı finalda yenilən "Qarabağ" ondan sonrakı 4 həlledici matçı qazanıb. 


"Qəbələ" isə ikinci dəfə final oynamaq şansı qazanıb. "Qırmızı-qaralar" ilk dəfə 2013/14 mövsümündə finala çıxmış və "Neftçi"yə uduzaraq kuboku qazana bilməmişdi.


"Qarabağ"ı çalışdıran Qurban Qurbanov baş məşqçi kimi artıq 3 dəfə kuboka sahib çıxıb. 44 yaşlı mütəxəssis 2009, 2015 və 2016-cı illərdə hazırkı klubu ilə bu sevinci yaşayıb. Qurbanov futbolçu karyerası ərzində də 2 dəfə kuboku başı üzərinə qaldırıb (1997, 2004). O, bu uğurlara "Neftçi" ilə imza atıb.


"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk ilk dəfə Azərbaycan Kubokunun finalına çıxıb. Amma məşqçi karyerası ərzində dəfələrlə final oynayıb və kuboku qazanıb. Belə ki, ukraynalı mütəxəssis 2005 və 2007-ci illərdə "Ventsplis"lə Latviya Kubokuna sahib çıxıb. Qriqorçuk 2001-ci ildə "Dinaburq"la, 2008-ci ildə "Ventsplis"lə Latviya Kublokunda, 2013-cü ildə "Çernomorets"lə Ukrayna Kubokunda final oynayıb.


Qeyd edək ki, Azərbaycan Kubokunun rekordçusu "Neftçi"di. 11 dəfə finala çıxan "ağ-qaralar" 7 halda qalib adını qazanıb. İkinci pillədəki "Qarabağ" 8 finaldan 5-ni qazanıb. Son iki mövsümün qalibi "Qarabağ" olub. Qurban Qurbanovun yetirmələri hər iki halda "Neftçi"ni udub. 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-kubokunun-finalnda-ilk-t57374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR