İnternetdə yalan, təhqir, böhtan məzmunlu məlumat yayanlar

Almaniyada internet saytlarında, sosial şəbəkələrdə yalan informasiya yayanlar, həddindən artıq aqressiv məzmunlu paylaşım edənlər cəzalanacaq.

Metbuat.az-ın məlumatına görə, Almaniya hökuməti, ilkin xəbərdarlıqdan sonra bu tip məlumatları silməyənləri 50 milyon avro cərimələməyi planlaşdırır.

Təhrik, təhdid, təhqir və böhtan məzmunu daşıyan məlumatlar şikayət edildikdən sonrakı 24 saat ərzində silinməlidir. Digər qeyri-qanuni paylaşımlara görə isə şirkətlərə 1 həftə vaxt veriləcək.

Almaniya Ədalət nazirliyinin hazırladığı qanun layihəsi bu gün Nazirlər kabinetindən keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR