Şəmkirdə “VAZ” kanala aşdı

Şəmkirdə “VAZ” kanala aşdı
22:04 5 Aprel 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1995-ci il təvəllüdlü Eşqin Hüseynov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı kanala aşıb. Sürücü müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi xəstəxanaya, oradan isə Gəncədə olan tibb müəssisələrin birinə aparılıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR