Üzü daha cavan etmək üçün SADƏ VƏ EFFEKTLİ ÜSUL

Üzü daha cavan etmək üçün SADƏ VƏ EFFEKTLİ ÜSUL
22:12 5 Aprel 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadının yaşını qırışlar deyil (onlar daha gec əmələ gəlir) üz dairəsinin aşağı enməsi ələ verir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yaşlaşdıqca dəri sallanmağa başlayır ki, bu xüsusilə çənə və yanaqlarda özünü göstərir.

Müəyyən edilmişdir ki, kişilərdə üz dairəsi qadınlara nisbətən daha gec yaşlarda aşağı enir. Bunun əsas səbəblərindən biri kişilərin tez-tez üzünü qırxmasıdır.

Kişi üzünü qırxarkən, özü də fikirləşmədən, yanaqlarının aşağı tərəfə sürüşməsinin qarşısını alır. Əlbəttə ki, biz qadınlara heç də üzünü qırxmağı təklif etmirik.

Kişilərin üz qırxma zamanı hərəkətlərini təkrarlayan massaj qadınların üz dairəsinin möhkəmlənməsinə kömək edir. Bunun üçün qapağı üstündə olan birdəfəlik ülgüc götürün.

Massaj xətləri üzrə hərəkət etməklə (bax şək.), yanaqları qaldıraraq və çənəni hamarlayaraq, kişilərin hərəkətlərini təkrar edin.

Bu massaj hərəkətləri 3-5 dəqiqə ərzində davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/532220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR