Şəmkirdə avtomobil kanala aşdı, sürücü xəsarət aldı

Şəmkirdə avtomobil kanala aşdı, sürücü xəsarət aldı
22:33 5 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Eşqin Hüseynov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı kanala aşıb. Sürücü müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncədə olan tibb müəssisələrinin birinə aparılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR