Tramp: "Dünən uşaqlara edilən hücum məni çox sarsıtdı"

Tramp: "Dünən uşaqlara edilən hücum məni çox sarsıtdı"
22:42 5 Aprel 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

"Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib". 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Dünən uşaqlara edilən hücum məni çox sarsıtdı. Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib", deyə D.Tramp bildirib.
 
O qeyd edib ki, kimyəvi silahdan istifadə hallarına əvvəllər də təsadüf edildiyini nəzərə alaraq, Suriyada münaqişə yeni səviyyəyə keçir. "Dünən baş verənlər qəbuledilməzdir", deyə D.Tramp vurğulayıb.  
 
Qeyd edək ki, ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 80 nəfərin öldüyü və 200 nəfərin yaralandığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR