Əsədin üstündən xətt çəkildi - MÜHARİBƏ SİQNALI

Əsədin üstündən xətt çəkildi - MÜHARİBƏ SİQNALI
22:53 5 Aprel 2017
207 Dünya
Ölkə mətbuatı
A- A+

“Mənim Suriya və Bəşər Əsədə qarşı münasibətim çox dəyişdi. Bu hadisə “Qırmızı xətt”in keçilməsidir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İordaniya kralı II Abdullahla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

“Suriyadakı kimyəvi silah hücumuna qarşı hərəkətə keçmək üçün məsuliyyətim var. Dünən edilənlər mənim üçün qəbuledilməzdir. Hücum olduqca dəhşətlidir. Günahsız insanlar, uşaqlar və gözəl körpələr öldü. Əsəd rejiminin iyrənc fəaliyyətinə icazə verilə bilməz”, - o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağ Evin sözçüsü Şon Spayser Bəşər Əsədin suveren bir dövlətin lideri olduğunu qəbul etmək məcburiyyətində olduqlarını söyləyib. “Suriyadakı siyasi reallığı qəbul etməliyik. Yəni Bəşər Əsəd Suriya dövlətinin başçısı və lideridir”, - ABŞ rəsmisi deyib.

Barak Obama administrasiyası dövründə rəsmi Vaşinqton Bəşər Əsədin vəzifədən getməsini prioritet hesab edirdi.

Xatırladaq ki, Suriya Hərbi Hava Qüvvələrinin dünən İdlib vilayətində həyata keçirdiyi kimyəvi hücum nəticəsində 100-ə yaxın insan ölüb, 500-dən çoxu zəhərlənib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR