Donald Tramp:

Donald Tramp Suriyanın İdlib vilayətində baş verənlərə münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, ABŞ prezidenti, Bəşər Əsəd rejiminə qarşı münasibətinin dəyişdiyini deyib:

"Suriyadakı kimyəvi qətliama qarşı addım atmaq kimi bir səlahiyyətim var. Dünən baş verənlər qəbuledilməzdir.

Məsum insanlar, gözəl uşaqlar, körpələr can verdi. Əsəd rejiminin iyrənc fəaliyyətini davam etdirməsinə icazə verməməliyik.

Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR