"Artıq yoqa ilə məşğul oluruq"

"Artıq yoqa ilə məşğul oluruq"
23:27 5 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

"Milan"ın hücumçusu Suso baş məşqçi Vinçenzo Montellanın məşq və qidalanma rejimində bəzi dəyişikliklər etdiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı forvard bunları deyib:

"Montella işinin öhdəsindən layiqincə gəlir. Həm oyunlar, həm də taktiki sxemdən bunu aydın sezmək olar. Biz qidalanma rejimini dəyişmişik. Artıq yoqa ilə məşğul oluruq. Psixoloji hazırlıq üzrə mütəxəssis eyni zamanda qidalanma rejiminə nəzarət edir.

Klubla 2.5 illik müqaviləm var. Həmişə demişəm ki, Milanda özümü rahat hiss edirəm. Gələcəkdə nə olacağını bilmirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR