Şəmkirdə 38 yaşlı qadın özünü yandırdı

Şəmkirdə 38 yaşlı qadın özünü yandırdı
23:28 5 Aprel 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb.

Publika.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəmkir şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR