Hər zoğunda həyat var

Hər zoğunda həyat var
23:37 5 Aprel 2017
234 Ölkə
Ölkə mətbuatı
A- A+

İl yağımtılı gələndə və tez-tez yağışlar düşəndə mərəçöyüd quru, daşlı-çınqıllı yamaclarda və qaratikan kollarının ətrafında yaxşı inkişaf edir. Elmi təbabətdə mərəçöyüd, camaat arasında daha çox qulançar adı ilə məşhurdur. Təbii şəraitdə bitkinin vegetasiaya dövrü fevralın əvvəllərində, qönçələməsi martın ortalarında, çiçəkləməsi mayın axırlarında başlayır və bir aya qədər davam edir. Limonu-sarı rəngdə olan çiçəkləri 18 dərəcə temperaturda yarım aya qədər qalır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vegetasiya başlayandan 10-15 gün sonra zoğları inkişaf edir. Həmin dövrdə onun tər, yumşaq və cavan zoğları toplanılaraq çiy halıda yeyilir. Zahirən qanqalı xatırladan cavan zoğları çox vitaminli və xeyirlidir. Mərəçöyüdü həm də bişirib yeyirlər. Budaqları duzlu suda pörtlədilir, azca sıxılaraq duzu çıxarılır və yağ-soğanla qızardılır. Qidalılığına və dadına görə çox qiymətlidir.

Qədim Misirdə onu "hökmdarların məhsulu" adlandırırdılar. Mərəçöyüdün faydalı cəhətləri həmişə təbiblərin diqqət mərkəzində olub. Təkcə Şərqdə deyil, Avropa ölkələrində də bitkidən geniş istifadə olunur. Kulinariyada mərəçöyüd salatı və püre şorbası geniş yayılıb. Təbabətdə isə vərəm, böyrək, şəkər və ürək-damar xəstəliklərində müxtəlif reseptlər əsasında bitkidən müalicəvi dərmanlar hazırlanaraq qəbul edilir. Sidikqovuçu təsir göstərir, toxumunun balla qarışığı sonsuzluğa qarşı ən yaxşı vasitələrdən biri hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/532369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR