Azərbaycan - Səudiyyə Ərəbistanı hərbi əlaqələri müzakirə olunub

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tərəflər iki dövlətin silahlı qüvvələri arasında əlaqələrin perspektivlərini müzakirə edib və hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR