"Borussiya" rəsmisi ingilislərə söz atdı

"Borussiya" rəsmisi ingilislərə söz atdı
23:52 5 Aprel 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

"Borussiya Dortmund"un direktoru Hans-Yoahim Vatzke ingilislərə söz atıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Vatzke Premyer Liqanın maliyyə cəhətdən güclü olmasına baxmayaraq klubların və İngiltərə millisinin uğur qazana bilməməsinə diqqəti çəkib.

"50+1" qaydası ilə (red. Bundesliqa klubunun nəzarət paketi klub xarici sərmayəçilərə məxsus olmamalıdır) uğur qazanmaq mümkündür. "Real", "Barselona", "Bavariya" bu qaydaya əməl edir. Bu 3 komanda hazırda klub futbolunda hegemonluq edirlər. Maliyyə baxımdan ehtiyacsız olan İngiltərə klublarından yalnız "Lester" Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Onların turnirdə çempion olması real deyil. Artıq 50 ildir İngiltərə millisi heç bir nüfuzlu turnirdə mükafat qazana bilmir. Əminəm ki, dünya çempionatında qalib gəlməklərinin 75 illik yubileyini də qeyd edəcəklər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR